BAKI, 31 avqust. TELEQRAF

"Araz-Naxçıvan"dan ayrılan Nuno Rodriqeşin yeni klubu bəlli olub.

Teleqraf xəbər verir ki, portuqaliyalı vinger Rumıniyada oynayacaq.

O, yüksək liqada çıxış edən "Voluntari" ilə anlaşıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Rodriqeşlə 1 illik müqavilə imzalanıb.

Qeyd edək ki. Nuno 2023-cü ildə “Sportinq Kovilya”dan “Araz-Naxçıvan”a keçmişdi. O, bu ilin iyun ayında Naxçıvan təmsilçisindən ayrılıb.