BAKI, 31 avqust. TELEQRAF

Türkiyə klublarından “Qalatasaray”ın yarımmüdafiəçisi Lukas Torreyra ilə bağlı İtaliya mətbuatında yeni transfer iddiası yayılıb.

Teleqraf “La Gazzetta dello Sport”a istinadla xəbər verir ki, “Fiorentina” 30 yaşlı futbolçunu yenidən heyətinə qatmaq üçün danışıqlara başlayıb.

Bildirilir ki, Torreyra Florensiya klubuna qayıtmağa müsbət yanaşır. Uruqvaylı yarımmüdafiəçi 2021/22 mövsümündə icarə əsasında “Fiorentina”da çıxış edib və burada yaxşı təsir bağışlayıb.

Torreyranın “Qalatasaray”la müqaviləsi 2028-ci ilin yayına qədərdir. “Fiorentina”nın transferi reallaşdırmaq üçün danışıqlar apardığı qeyd olunur.