BAKI, 31 avqust. TELEQRAF
“Qarabağ” braziliyalı müdafiəçi Dani Boltla yollarını ayırıb.
Teleqraf xəbər verir ki, bu barədə Ağdam təmsilçisi rəsmi açıqlama yayıb.
2025-ci ilin yayında “Qarabağ”a transfer olunan futbolçu bu müddətdə 43 oyunda meydana çıxıb və 1 qol vurub.
Klub Dani Bolta göstərdiyi peşəkarlığa və komandanın uğurlarına verdiyi töhfəyə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.