BAKI, 31 avqust. TELEQRAF
“Sabah”ın Çempionlar Liqasındakı rəqiblərindən olan “Arsenal” heyətini “Mançester Yunayted”in yetirməsi ilə gücləndirib.
Teleqraf xəbər verir ki, "topçular" Həbib Oqunnayeni transfer edib.
20 yaşlı müdafiəçi “qırmızı şeytanlar”ın akademiyasında yetişib və ötən mövsümü ikinci divizion klublarından “Nyuport Kaunti”də icarə əsasında çıxış edib.
Qeyd edək ki, “Sabah” ÇL-in liqa mərhələsində həm “Arsenal”, həm də “Mançester Yunayted”lə qarşılaşacaq.