BAKI, 31 avqust. TELEQRAF
İtaliya nəhənglərindən “Roma” heyətini yeni futbolçu ilə gücləndirib.
Teleqraf xəbər verir ki, “canavarlar” “Atalanta”dan Marten de Ronu transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
35 yaşlı futbolçu ilə bir illik müqavilə imzalanıb.
De Ron “Atalanta”da 445 oyunda 23 qol vurub. O, Berqamo təmsilçisi ilə 2023/24 mövsümündə Avropa Liqasını qazanıb.
Yarımmüdafiəçi Niderland yığmasında 44 matça çıxıb və iki dəfə – 2022 və 2026-cı illərdə dünya çempionatında forma geyinib.