BAKI, 25 avqust. TELEQRAF
Niderlandın “Tvente” klubu 17 il əvvəl “Qarabağ”la Bakıda keçirdiyi oyunu xatırlayıb.
Teleqraf xəbər verir ki, klubun rəsmi saytı 2009-cu il avqustun 27-də UEFA Avropa Liqasının pley-off mərhələsində baş tutan qarşılaşma ilə bağlı reportaj hazırlayıb.
Həmin vaxt komandalar qrup mərhələsinə vəsiqə uğrunda mübarizə aparırdı.
Bakıdakı cavab görüşündə qalib müəyyənləşməyib. “Qarabağ” və “Tvente” 0:0 hesablı heç-heçə edib. İlk oyunda isə Niderland təmsilçisi 3:1 hesabı ilə qalib gəldiyindən növbəti mərhələyə vəsiqə qazanıb.
.webp)
“Tvente”nin həmin dövrdə müdafiəsində çıxış edən Peter Visgerhof və Duqlas qarşılaşma ilə bağlı xatirələrini bölüşüblər.
Duqlas Bakıya səfəri xatırlayarkən şəhərdə gördüyü mənzərələrdən danışıb: “Uçuş kifayət qədər uzun idi, təxminən beş saat. Evdə 3:1 hesabı ilə qalib gəlmişdik və mən də qol vurmuşdum. Səfər oyununda isə çətin anlar yaşadıq. Qarşılaşma 0:0 başa çatdı və biz növbəti mərhələyə yüksəldik".
Visgerhof isə həmin vaxt “Qarabağ”ın heyətində çıxış edən Vaqif Cavadovu xüsusi qeyd edib:
“Vaqif Cavadov “Qarabağ”da oynayırdı və o dövrdə fərdi keyfiyyətləri ilə seçilən futbolçu idi. Altı ay sonra o, “Tvente”yə gəldi".
Visgerhof və Duqlas 2009-2013-cü illər ərzində “Tvente”nin müdafiə xəttinin əsas simalarından olublar. Visgerhof klubun heyətində 43, Duqlas isə 56 avrokubok oyununda iştirak edib.
Qeyd edək ki, “Qarabağ” və “Tvente” yenidən üz-üzə gələcəklər. Komandalar UEFA Konfrans Liqasının pley-off mərhələsində qarşılaşacaqlar.