BAKI, 25 avqust. TELEQRAF

Xorvatiyalı qapıçı Dominik Livakoviç "Fənərbağça"dan "Barselona" ya keçib.

Teleqraf xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

Mənbənin məlumatına görə, 31 yaşlı qapıçı "Barselona" ilə yeni müqavilə imzalayıb. La Liqa təmsilçisi bu transfer üçün İstanbul klubuna 2 milyon avro və eyni miqdarda bonus ödəyəcək.

"Barselona" Livakoviçi cari mövsümün sonuna qədər icarəyə verməyi planlaşdırır. Voyçex Şesninin müqaviləsi başa çatdıqdan sonra (red. - 2027-ci ilin yayı) xorvatiyalı kataloniyalıların ikinci qapıçısı olacaq.

Livakoviç ötən mövsümün ilk yarısını icarə əsasında "Jirona"da , ikinci yarısını isə Zaqreb "Dinamo"sunda keçirib.