BAKI, 25 avqust. TELEQRAF
“Sabah” bu gün UEFA Çempionlar Liqasının təsnifat mərhələsinin pley-offunda İsrail təmsilçilərindən “Hapoel” (Beer-Şeva) ilə üz-üzə gələcək.
Teleqraf xəbər verir ki, Bakıda keçiriləcək cavab qarşılaşması Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq.
Saat 20:45-də start götürəcək matçı İştvan Kovaç idarə edəcək.
Qeyd edək ki, ilk matçda İsrail təmsilçisi 2:1 hesabı ilə “bayquşlar”ı məğlub edib.