BAKI, 24 avqust. TELEQRAF

“Sabah” çox təhlükəli oyun göstərən komandadır. Biz buna uyğun hazırlaşmışıq. İlk oyunda da uğur qazanmışıq. Düşünürəm ki, bu üstünlüyümüz oyun öncəsi motivasiyadır. Çalışacağıq ki, ikinci oyunda da üstünlüyü qoruyaq”.

Teleqraf xəbər verir ki, bunu “Hapoel”in (Beer-Şeva, İsrail) baş məşqşisi Ran Kojuk UEFA Çempionlar Liqasının pley-off turunun “Sabah”la cavab oyunundan öncə keçirilən mətbuat konfransında deyib.

“Sabah”ın heyətində çox yaxşı oyunçular var. Futbolçular kifayət qədər təcrübəlidirlər. Ağıllı oyun taktikaları var”, - deyə qeyd edib.

Mütəxəssis mediada “Sabah”ın üstün olduğu ilə bağlı yazılanlara da münasibət bildirib: “Mediada deyilənlər həqiqəti əks etdirir. Biz də bunun üzərində çalışırıq”.

Qeyd edək ki, qarşılaşma avqustun 25-də, saat 20:45-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.