BAKI, 23 avqust. TELEQRAF
UEFA Çempionlar Liqasının pley-off mərhələsində keçiriləcək “Sabah” – “Hapoel” (Beer-Şeva) cavab oyununun hakimləri bəlli olub.
Teleqraf xəbər verir ki, avqustun 25-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək görüşü rumıniyalı hakimlər briqadası idarə edəcək.
Matçın baş hakimi İştvan Kovaç olacaq. Ona Mixay Marika və Ferents Tunyodi kömək edəcəklər. Dördüncü hakim funksiyasını Sabolç Kovaç yerinə yetirəcək.
VAR hakimi almaniyalı Bastian Dankert, onun assistenti isə rumıniyalı Katalin Popa olacaq.
Qarşılaşma saat 20:45-də başlayacaq.
Qeyd edək ki, ilk matçda İsrail təmsilçisi 2:1 hesabı ilə qalib gəlib.