BAKI, 22 avqust. TELEQRAF
Azərbaycan Premyer Liqasının II turunda “Zirə” - “İmişli” ilə qarşılaşır.
Teleqraf xəbər verir ki, Azərbaycan millisinin baş məşqçisi Ayxan Abbasov qarşılaşmanı tribunadan izləyir.
Azərbaycan millisi UEFA Millətlər Liqasının D qrupunda Litva ilə qarşılaşacaq. Səfərdə keçiriləcək görüş sentyabrın 27-də start götürəcək. Növbəti görüşdə isə yığma Lixtenşteyn millisini qəbul edəcək. Qarşılaşma oktyabrın 1-i baş tutacaq.
Qeyd edək ki, davam edən matçda hesab 0:0-dır.