BAKI, 22 avqust. TELEQRAF

Bu gün Azərbaycan Premyer Liqasında II tura start veriləcək.

Teleqraf xəbər verir ki, 2 qarşılaşma baş tutacaq.

Turun açılış matçında "Qəbələ" doğma meydanda "Şəfa"nı qəbul edəcək. İnqilab Məmmədovun idarə edəcəyi görüş saat 18:30-da start götürəcək.

Günün digər qarşılaşmasında isə "İmişli" "Zirə" səfərinə yollanacaq.

Zirə İdman Kompleksinin stadionunda keçiriləcək matçı Əli Əliyev idarə edəcək. Qarşılaşma saat 20:45-də start götürəcək.