"Əl-Nəsr"in hücumçusu Kriştiano Ronaldo toyundan sonra ilk qolunu vurub.
Teleqraf xəbər verir ki, futbolçu Səudiyyə Ərəbistanı çempionatının ikinci turunda "Ər-Riyad"la oyunda (4-0) qol vurub.
Ronaldonun avqustun 11-də Georgina Rodrigeslə rəsmən evlənib. Futbolçu Rodrigeslə 2016-cı ildən münasibətdədir və cütlüyün iki övladı var.
Ronaldonun 41 yaşı var. O, beşqat Çempionlar Liqasının, Avropa çempionunun və ikiqat Millətlər Liqasının qalibidir. O, milli komandalar, Avropa çempionatları, Çempionlar Liqası və Klublararası Dünya Kuboku tarixində ən çox qol vuran futbolçudur. Ronaldo 2022-ci ilin dekabr ayından bəri "Əl-Nəsr"də oynayır və karyerası ərzində hücumçu həmçinin Portuqaliyanın "Sportinq", İngiltərənin "Mançester Yunayted", İtaliyanın "Yuventus" və İspaniyanın "Real Madrid" klublarında da oynayıb.