BAKI, 15 iyun. TELEQRAF

Futbol üzrə dünya çempionatında İsveç Tunisi məğlub edib.

Teleqraf xəbər verir ki, Monterrey stadionunda keçirilirən F qrupunun matçında isveçlilər 5:1 hesabla inamlı qələbə qazanıblar.

İsveçin qollarını Yasin Ayyari (7, 90+6), Aleksandr İsak (30), Viktor Dyökereş (59) və Mattias Svanberq vurublar. Tunisin yeganə qolu Omar Rekikin (43) aktivinə yazılıb