BAKI, 13 iyun. TELEQRAF

İspaniya təmsilçisi “Barselona”nın futbolçusu Mark Kasado komandasını dəyişə bilər.

Teleqraf İspaniya mətbuatına istinadən xəbər verir ki, 22 yaşlı yarımmüdafiəçinin xidmətində maraqlı olan klubların sırasına “Betis” də qoşulub.

Bununla yanaşı, futbolçunun “Mançester Yunayted” (İngiltərə), “Bayer Leverkuzen” (Almaniya) və Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubundan da təklif aldığı bildirilir.

Kasadonun özü isə karyerasını Avropanın yüksək səviyyəli çempionatlarından birində davam etdirmək niyyətindədir.

“Barselona” gənc futbolçunun transferindən təxminən 25 milyon avro gəlir əldə etməyi planlaşdırır.

Qeyd edək ki, Mark Kasadonun “Barselona” ilə müqaviləsinin müddəti 2028-ci ilin yayına qədər qüvvədədir.