BAKI, 12 iyun. TELEQRAF

İtaliya millisinin sabiq futbolçusu Alberto Akvilani A Seriyası təmsilçisi “Sassuolo”nun baş məşqçisi təyin olunub.

Teleqraf xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

41 yaşlı mütəxəssis bu vəzifədə daha əvvəl “Fiorentina”ya keçən Fabio Qrossonu əvəzləyib.

Akvilani məşqçilik karyerası ərzində “Fiorentina”, “Piza” və “Katandzaro” komandalarını çalışdırıb.

Qeyd edək ki, “Roma” və “Fiorentina”nın sabiq yarımmüdafiəçisi olan Akvilani İtaliya millisinin də formasını geyinib. “Sassuolo” ötən mövsüm A Seriyasını 11-ci pillədə başa vurub.