BAKI, 12 iyun. TELEQRAF
İngiltərə təmsilçisi “Çelsi”nin fransalı futbolçusu Malo Qyusto yayda klubdan ayrıla bilər.
Teleqraf L’Équipe nəşrinə istinadən xəbər verir ki, London təmsilçisi Premyer Liqada avrokuboklara vəsiqə qazana bilmədiyi üçün maliyyə sabitliyini qorumaq məqsədilə bir neçə futbolçunu satmağa məcbur ola bilər.
23 yaşlı müdafiəçis də ayrılması mümkün oyunçular arasında göstərilir.
Qyusto ilə “Mançester Siti” maraqlanır. Transferin gedişinə Enzo Mareskanın mümkün təyinatı da təsir edə bilər.
Qeyd edək ki, "Çelsi" 2025/2026 mövsümündə 52 xal toplayaraq İngiltərə Premyer Liqasını 10-cu pillədə başa vurub.