BAKI, 12 iyun. TELEQRAF
“Barselona”nın və İspaniya millisinin müdafiəçisi Mark Kukurelya dünya çempionatının startı ərəfəsində diqqətçəkən vəd verib.
Teleqraf "Cope"ə istinadən xəbər verir ki, futbolçu bildirib ki, əgər İspaniya dünya çempionatının qalibi olarsa, baş məşqçi Luis de la Fuente-nin üzünün tatuajını etdirəcək.
27 yaşlı müdafiəçi bundan əvvəl də oxşar vədlərlə gündəmə gəlib. İspaniya Avro-2024-ü qazandıqdan sonra o, verdiyi sözə uyğun olaraq saçlarını qırmızı rəngə boyamışdı.
Qeyd edək kİ, İspaniya millisi qrup mərhələsində Kabo-Verde, Səudiyyə Ərəbistanı və Uruqvayla qarşılaşacaq. Komanda turnirdə ilk oyununu gələn həftənin bazar ertəsi keçirəcək.