BAKI, 12 iyun. TELEQRAF

FIFA futbolçuların beynəlxalq transfer sistemində dəyişikliklər edib.

Teleqraf xəbər verir ki, qurum Futbolçuların Statusu və Transferləri üzrə Qaydaların (RSTP) yenilənmiş versiyasını artıq təsdiqləyib.

İslahat beynəlxalq transfer sisteminin daha şəffaf və vahid hüquqi çərçivəyə salınmasını nəzərdə tutur. Yeni qaydalar klub və futbolçular arasında müqavilə şərtlərinin daha dəqiq tənzimlənməsini hədəfləyir.

Dəyişikliklər futbolçuların transfer prosesində hüquqlarının gücləndirilməsini və prosedurların təkmilləşdirilməsini də əhatə edir.

Eyni zamanda azyaşlı futbolçuların müdafiəsi məsələsi islahatın əsas istiqamətlərindən biri kimi qeyd olunur.

Qeyd edək ki, yeni qaydalar 2027-ci il yanvarın 1-dən qüvvəyə minəcək.