BAKI, 12 iyun. TELEQRAF
Türkiyə təmsilçisi “Qalatasaray” Fransanın “Oser” klubunun futbolçusu Kevin Danuanı transfer edə bilər.
Teleqraf Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbul klubu 21 yaşlı yarımmüdafiəçini yay transfer dönəmində heyətinə qatmağa hazırlaşır.
Transfermarkt portalının məlumatına görə, Danuanın bazar dəyəri 20 milyon avrodur.
Qeyd edək ki, "sarı-qırmızılar” futbolçunun keçidi üçün ötən qış da cəhd etsə də, transfer baş tutmamışdı. Fransalı oyunçunun “Oser”lə müqaviləsi 2029-cu ilin yayına qədər nəzərdə tutulub. Ötən mövsüm “Oser”in heyətində 34 oyuna çıxan Danua 3 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.