BAKI, 11 iyun. TELEQRAF

Fransanın PSJ klubu yay transfer pəncərəsində Almaniya nəhəngi “Bavariya”nın ulduz futybolçusu Maykl Oliseni heyətinə qatmağa çalışacaq.

Teleqraf xəbər verir ki, bu barədə L’Équipe nəşri məlumat yayıb.

Paris təmsilçisi 24 yaşlı hücumçu üçün danışıqlara başlayıb.

Qeyd edək ki, Olise ötən mövsüm “Bavariya”nın heyətində bütün turnirlərdə 52 oyuna çıxıb, 22 qol vurub və 31 məhsuldar ötürmə ilə yadda qalıb. O. Fransa millisində isə indiyədək keçirdiyi 17 matçda 7 qola imza atıb.