BAKI, 9 iyun. TELEQRAF
Türkiyənin İsparta şəhərində təlim-məşq toplanışında olan 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün ikinci yoxlama oyununa çıxacaq.
Teleqraf xəbər verir ki, U-21 Qırğızıstanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.
“Sav” stadionunda baş tutacaq görüş Bakı vaxtı ilə saat 18:00-da başlanacaq.
Qeyd edək ki, millimiz iyunun 6-da keçirilən ilk yoxlama oyununda Bəhreyn yığmasını 3:0 hesabı ilə məğlub edib.