BAKI, 8 iyun. TELEQRAF
"Liverpul" və Belçika millisinin keçmiş hücumçusu Divok Origi 31 yaşında peşəkar futbol karyerasını başa vurduğunu açıqlayıb.
Teleqraf xəbər verir ki, bu barədə klub sosial mediada məlumat yayıb.
"Futbol missiyam başa çatdı. Uşaqlıqdan bəri ən böyük turnirlərdə oynamaq və ən nüfuzlu titulları qazanmaq arzusunda idim. Bütün bunların gerçəkləşməsinə görə Allaha şükür edirəm. Məni dəstəkləyən bütün klublara, məşqçilərə, komanda yoldaşlarına və azarkeşlərə təşəkkür edirəm. Belçika millisində oynamaq həm də əsl zövq idi, baxmayaraq ki, mən əslən Keniyalıyam. İndi yeni çətinliklərə doğru irəliləyirəm" - Divok Origi yazıb.
O həmçinin "Lill", "Volfsburq", "Milan" və "Nottinqem Forest" klublarında da oynayıb.
"Liverpul"un tərkibində Origi İngiltərə çempionu və kubokunun, Çempionlar Liqasının, Avropa Superkubokunun qalibi və klublararası dünya çempionu olub.