BAKI, 8 iyun. TELEQRAF

İngiltərə təmsilçisi “Liverpul” yaxın zamanda sərbəst agent kimi ayrılacağı gözlənilən İbrahima Konatenin əvəzləyicisini müəyyənləşdirib.

Teleqraf “CaughtOffside”yə istinadən xəbər verir ki, yeni baş məşqçi Andoni İraolanın əsas tələbi solayaq mərkəz müdafiəçisinin transfer edilməsidir.

Klubun gündəmində ən ciddi namizəd “Sportinq”in futbolçusu Gonçalo İnaciodur. Alternativ variant kimi isə “Bolonya”dan Sam Beukema da nəzərdən keçirilir.

Rəsmi danışıqların yaxın vaxtlarda başlanacağı gözlənilir.

Qeyd edək ki, İbrahima Konate 2021-ci ildən “Liverpul”un formasını geyinir.