BAKI, 8 iyun. TELEQRAF
İtaliyanın “Milan” klubu İngiltərə təmsilçisi “Kristal Pelas”ın hücumçusu Jan-Filip Matetanı transfer etməyə yaxındır.
Teleqraf xəbər verir ki, bu barədə İtaliya mətbuatı məlumat yayıb.
28 yaşlı fransalı futbolçu ötən qış da Milan təmsilçisinin maraq dairəsində olub. Lakin tibbi müayinələr zamanı dizində problem aşkarlandığı üçün transfer baş tutmayıb.
Mənbənin məlumatına görə, futbolçu artıq zədəsini tam sağaldıb və tərəflər arasında danışıqlar yenidən aktivləşib. Onun “Milan”a komandanın yeni baş məşqçisi olacağı gözlənilən Oliver Qlasnerlə birlikdə keçəcəyi iddia edilir.
Qeyd edək ki, Mateta ötən mövsüm Premyer Liqada 12 qol vurub.
“Kristal Pelas”la müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədə olan hücumçunun transfer qiymətinin 35 avro olaraq qiymətləndirilir.