BAKI, 8 iyun. TELEQRAF

“Fənərbağça”da prezident seçilən Aziz Yıldırım transfer çalışmalarına start verib.

Teleqraf xəbər verir ki, klub rəhbəri ilk olaraq Vedat Muriqi keçidini yekunlaşdırmaq niyyətindədir.

İddiaya görə, Aziz Yıldırım artıq həm “Malyorka”, həm də kosovalı hücumçu ilə razılığa gəlib. Tərəflər arasında son detalların tamamlanmasından sonra transferin rəsmiləşəcəyi gözlənilir.

Aziz Yıldırımın hücum xətti üçün ikinci hədəfi isə Serhu Qirassidir. Seçki kampaniyası zamanı komandaya iki hücumçu lazım olduğunu bildirən Yıldırımın Dortmund “Borussiya”sının forvardını heyətə qatmaq istədiyi qeyd olunur.

“Fənərbağça” Qirassi transferi üçün Almaniya klubuna 30 milyon avro ödəməyə hazırdır.