BAKI, 8 iyun. TELEQRAF

“Fənərbağça”nın maraq dairəsində olan Aaron Van-Bissaka ilə bağlı yeni iddia gündəmə gəlib.

Teleqraf xəbər verir ki, “Everton” 28 yaşlı sağ cinah müdafiəçisinin transferi üçün hərəkətə keçib.

İngiltərə mətbuatının məlumatına görə, baş məşqçi Devid Moyes Van-Bissakanın keçidində israrlıdır.

Xəbərdə “Fənərbağça”nın da futbolçunu yaxından izlədiyi vurğulanıb. İstanbul klubunun marağı “Everton”u transfer prosesini sürətləndirməyə vadar edib.

Qeyd edək ki, Aaron Van-Bissaka son olaraq “Vest Hem”in formasını geyinib.