BAKI, 8 iyun. TELEQRAF

“Şəfa” 2026/2027 mövsümünün yay transfer pəncərəsində ilk keçidini reallaşdırıb.

Teleqraf xəbər verir ki, Bakı təmsilçisi Rauf Hüseynlini heyətinə qatıb.

26 yaşlı müdafiəçi ilə 2 illik müqavilə imzalanıb. Sağ cinah müdafiəçisi mövqeyində çıxış edən futbolçu son olaraq “Kəpəz”in formasını geyinib.

Hüseynli ötən mövsüm 28 oyunda meydana çıxıb, 6 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

“Qarabağ”ın yetirməsi olan futbolçu karyerası ərzində “Zirə”, “Şamaxı” və “Qəbələ” klublarında da çıxış edib.