BAKI, 7 iyun. TELEQRAF
Fransa millisinin hücumçusu Kilian Mbappe yığmanın məşqini vaxtından əvvəl tərk edib.
Teleqraf yerli mətbuata istinadən xəbər verir ki, buna səbəb futbolçunun zədələnməsi ilə bağlı narahatlıq olub.
Fransa millisi DÇ-2026-nın startı ərəfəsində iyunun 8-də Şimali İrlandiya ilə yoldaşlıq oyunu keçirəcək.
Fransızlar dünya çempionatının qrup mərhələsində Seneqal, Norveç və İraq yığmaları ilə qarşılaşacaqlar.