BAKI, 6 iyun. TELEQRAF

İspaniyanın “Barselona” klubu Almaniya təmsilçisi “Bayer”in futbolçusu Aleksandro Qrimaldonu transfer edə bilər.

Teleqraf xəbər verir ki, bu barədə “Sport.es” nəşri məlumat yayıb.

Almaniya klubu 30 yaşlı müdafiəçi üçün 10 milyon avro tələb edir. Bununla yanaşı, Madridin “Atletiko” klubu da Qrimaldonu yaxından izləyir.

Leverkuzen təmsilçisi futbolçunu yay transfer pəncərəsində satmağa hazırdır. Buna səbəb Qrimaldonun müqaviləsinin gələn mövsümün sonunda başa çatmasıdır.

Qeyd edək ki, ötən mövsüm müdafiəçi bütün turnirlərdə 46 oyuna çıxıb, 14 qol vurub və 12 məhsuldar ötürmə ilə yadda qalıb. Transfermarkt portalına əsasən, onun bazar dəyəri 20 milyon avrodur.