BAKI, 6 iyun. TELEQRAF

Türkiyədə təlim-məşq toplanışında olan 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün ilk yoldaşlıq matçına çıxacaq.

Teleqraf xəbər verir ki, yığma Bəhreyn millisi ilə qarşılaşacaq.

İsparta şəhərindəki “SAV” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 18:00-da start götürəcək.

Qeyd edək ki, U-21 yığması növbəti yoldaşlıq matçını iyunun 9-da Qırğızıstan millisinə qarşı keçirəcək.