BAKI, 4 iyun. TELEQRAF

PSJ-nin hücumçusu Usman Dembele karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.

Teleqraf xarici KİV-ə istinadla xəbər verir ki, “Əl-Hilal” fransalı futbolçunun transferində maraqlıdır.

Səudiyyə Ərəbistanı klubu Dembeleyə 2030-cu il iyunun 30-na qədər nəzərdə tutulan müqavilə təklif etməyə hazırlaşır. Forvarda ümumilikdə 200 milyon avro maaş təklif ediləcəyi bildirilir.

“Əl-Hilal” rəhbərliyi hesab edir ki, Dembele komandanın Klublararası Dünya Kubokunda uğur qazanması üçün əsas fiqurlardan biri ola bilər.

Qeyd edək ki, Usman Dembele 2023-cü ildə “Barselona”dan PSJ-yə 50 milyon avro qarşılığında keçib. Onun Paris təmsilçisi ilə müqaviləsi 2028-ci il iyunun 30-na qədərdir. Fransalı hücumçu 2025/26 mövsümündə bütün turnirlərdə 40 oyuna çıxıb, 20 qol və 11 məhsuldar ötürmə ilə yadda qalıb.