BAKI, 4 iyun. TELEQRAF
Türkiyə millisinin və “Real Madrid”in futbolçusu Arda Gülər növbəti uğura imza atıb.
Teleqraf xəbər verir ki, gənc yarımmüdafiəçinin La Liqada “Elçe”yə vurduğu qol 2025/26 mövsümünün ən yaxşı qolu seçilib.
Arda Gülər martın 14-də “Santyaqo Bernabeu”da keçirilən “Real Madrid” – “Elçe” matçında topu öz meydançasında ələ keçirib. O, rəqib qapıçı Matias Dituronun irəlidə olduğunu görərək təxminən 65 metrdən dəqiq zərbə ilə fərqlənib.
“Real Madrid”in 4:1 hesablı qələbə qazandığı görüşdə vurulan bu qol daha əvvəl mart ayının ən yaxşı qolu da seçilmişdi.
Qeyd edək ki, Arda Gülər 2026-cı il dünya çempionatında Türkiyə millisinin heyətində çıxış edəcək.