BAKI, 4 iyun. TELEQRAF
"Şamaxı" klubu braziliyalı futbolçusu Sezar Enrike ilə yollarını ayırıb.
Teleqraf xəbər verir ki, bu barədə bölgə təmsilçisi məlumat yayıb.
Klub 25 yaşlı müdafiəçi ilə müddəti bitən müqaviləni yeniləməyib.
Qeyd edək ki, Sezar Enrike ötən yay "Şamaxı"ya Braziliyanın "Caxias" klubundan transfer olunmuşdu.