BAKI, 3 iyun. TELEQRAF
Minifutbol üzrə Azərbaycan millisi Avropa çempionatında növbəti oyununu keçirib.
Teleqraf xəbər verir ki, yığma yarımfinalda Serbiya seçməsi ilə qarşılaşıb.
Dramatik keçən görüşün əsas vaxtı 1:1 hesabı ilə başa çatıb. Penaltilər seriyasında yığma komandamız rəqibini 3:1 hesabı ilə üstələyərək final mərhələsinə vəsiqə qazanıb.
Qeyd edək ki, finalda Azərbaycanın rəqibi Ukrayna yığması olacaq. Həlledici görüş iyunun 4-də baş tutacaq.