BAKI, 3 iyun. TELEQRAF
Duşan Vlahoviçin “Yuventus”dakı gələcəyi ilə bağlı vəziyyət aydınlaşmağa başlayıb.
Teleqraf xəbər verir ki, serbiyalı hücumçu Turin təmsilçisindən ayrıla bilər.
Məlumata görə, Vlahoviçlə “Yuventus” arasında aparılan danışıqlarda razılıq əldə olunmayıb. Tərəflərin maliyyə şərtlərinə görə ortaq məxrəcə gələ bilmədiyi bildirilir.
Məlumata əsasən, yeni görüşün keçirilməsi də planlaşdırılmır. Bu səbəbdən 26 yaşlı hücumçunun “Yuventus”dan ayrılığı real görünür.
Qeyd edək ki, Duşan Vlahoviç 2022-ci ilin yanvarında “Fiorentina”dan “Yuventus”a keçib. Serbiyalı forvard “Byankoneri”nin heyətində ümumilikdə 168 oyunda meydana çıxıb və 68 qol vurub.