BAKI, 3 iyun. TELEQRAF

2026-cı il FIFA Dünya Kubokunda iştirak edəcək ən yaşlı futbolçular bəlli olub.

Teleqraf xəbər verir ki, ABŞ, Kanada və Meksikada keçiriləcək mundialda 40 yaşdan yuxarı 7 futbolçu meydana çıxacaq.

Siyahıda ən diqqətçəkən adlardan biri Kriştianu Ronaldudur. Portuqaliya millisinin 41 yaşlı ulduzu karyerasında 6-cı dəfə dünya çempionatında iştirak etməyə hazırlaşır.

Turnirin ən yaşlı futbolçusu isə Şotlandiya millisinin qapıçısı Kreyq Qordon olacaq. Qolkiper mundial zamanı 43 yaş 162 günlük olacaq.

2026-cı il dünya çempionatında iştirak edəcək 40 yaşdan yuxarı futbolçular:

Kreyq Qordon — Şotlandiya, 43 yaş
Kriştianu Ronaldu — Portuqaliya, 41 yaş
Luka Modriç — Xorvatiya, 40 yaş
Manuel Noyer — Almaniya, 40 yaş
Edin Ceko — Bosniya və Herseqovina, 40 yaş
Gilyermo Oçoa — Meksika, 40 yaş
Vozinha — Kabo-Verde, 40 yaş

Qeyd edək ki, 2026-cı il FIFA Dünya Kuboku 11 iyun - 19 iyul tarixlərində ABŞ, Kanada və Meksikada keçiriləcək.