BAKI, 3 iyun. TELEQRAF
2026-cı il dünya çempionatına ən çox futbolçu göndərən klubların siyahısı müəyyənləşib.
Teleqraf xəbər verir ki, ABŞ, Kanada və Meksikada keçiriləcək mundialda ən çox oyunçu ilə təmsil olunacaq klub “Mançester Siti”dir.
İngiltərə təmsilçisi turnirə 19 futbolçu göndərəcək. Siyahıda ikinci pillədə 18 oyunçu ilə “Bavariya” qərarlaşıb. “Arsenal” isə 16 futbolçu ilə ilk üçlüyü tamamlayır.
Siyahıya Türkiyədən yalnız “Qalatasaray” daxil olub. İstanbul təmsilçisinin 11 futbolçusu dünya çempionatında iştirak edəcək.
DÇ-2026-ya ən çox futbolçu göndərən klublar belədir:
“Mançester Siti” – 19
“Bavariya” – 18
“Arsenal” – 16
PSJ – 15
“Barselona” – 14
“Kristal Pelas” – 12
“Atletiko” – 12
“Əl-Hilal” – 12
“Mançester Yunayted” – 11
“Qalatasaray” – 11
“Borussiya Dortmund” – 11
“Liverpul” – 11.