BAKI, 2 iyun. TELEQRAF
Türkiyəli iş adamı və "Hall Siti" klubunun sahibi Acun Ilıcalı haqqında aparılan qanunsuz mərc araşdırması üzrə məhkəmə prosesi yekunlaşıb.
Teleqraf xəbər verir ki, TV8 və "Exxen" platformalarında yayımlanan bəzi futbol matçlarında qanunsuz mərc reklamlarının yer aldığı iddiası ilə başladılan iş üzrə İstanbul 25-ci Asliye Cəza Məhkəməsi qərarını açıqlayıb.
Məhkəmə Acun Ilıcalı və iş üzrə təqsirləndirilən digər 7 nəfərin barəsində bəraət hökmü çıxarıb.
Beləliklə, Ilıcalı qanunsuz mərc reklamı ilə bağlı ittihamlardan azad edilib və məhkəmə onun təqsirinin sübuta yetirilmədiyi qənaətinə gəlib.
Qeyd edək ki, araşdırma TV8 və "Exxen"də yayımlanan bəzi futbol qarşılaşmalarında görünən mərc reklamları ilə bağlı aparılırdı.