BAKI, 2 iyun. TELEQRAF
İngiltərənin "Arsenal" klubu "Atletiko Madrid"in hücumçusu Xulian Alvarezi transfer etmək niyyətindədir.
Teleqraf "AS" nəşrinə istinadla xəbər verir ki, London təmsilçisi argentinalı forvardın keçidi ilə bağlı Madrid klubu ilə danışıqlara başlamağa hazırlaşır.
Alvarez uzun müddətdir "topçular"ın maraq dairəsindədir və klub bu yay onu heyətinə qatmağa çalışacaq.
Bununla belə, "Atletiko"nun mövqeyi dəyişməz olaraq qalır. Madrid təmsilçisi 25 yaşlı futbolçunu gələcək mövsümün planlarında görür və onun satılmasında maraqlı deyil.
Mənbənin məlumatına görə, Xulian Alvarezlə Fransanın PSJ və İspaniyanın "Barselona" klubları da maraqlanır.
Qeyd edək ki, daha əvvəl mətbuatda argentinalı hücumçunun "Atletiko Madrid"dən ayrılmaq istədiyi barədə xəbərlər yayılmışdı.