BAKI, 2 iyun. TELEQRAF
Yeni mövsümlə bağlı çalışmalarını davam etdirən “Araz-Naxçıvan” 10 futbolçu ilə yollarını ayırıb.
Teleqraf xəbər verir ki, klub müqaviləsi başa çatan Ramon Maçado, Hamidu Keyta, Bar Kohen, Nuno Rodriques, Rahil Məmmədov, Bəxtiyar Həsənalızadə, Coşqun Diniyev, Kristian Avram, Felipe Santos və Ba-Muaka Simakala ilə yeni anlaşma imzalamayıb.
Qeyd edək ki, Slavik Alxasov, Ömər Buludov və Tərlan Əhmədli növbəti mövsümdə də “Araz-Naxçıvan”ın heyətində çıxış edəcək.