BAKI, 2 iyun. TELEQRAF
Mövsümün sonunda "Fənərbağça" ilə yollarını ayıran Domeniko Tedeskonun yeni iş yeri müəyyənləşib.
Teleqraf xəbər verir ki, İtaliyanın A Seriyası təmsilçisi "Bolonya" 40 yaşlı mütəxəssisin təyinatını rəsmən açıqlayıb.
Tedesko ilə 2+1 illik müqavilə imzalanıb.
Alman əsilli italiyalı məşqçi ötən mövsüm "Fənərbağça"nın sükanı arxasında 45 oyunda komandanı meydana çıxarıb. Tedeskonun rəhbərliyi altında İstanbul təmsilçisi 26 qələbə qazanıb, 12 heç-heçə edib və 7 məğlubiyyət alıb.
Beləliklə, gənc çalışdırıcı karyerasını İtaliya A Seriyasında davam etdirəcək.