BAKI, 2 iyun. TELEQRAF
"Fənərbağça"da keçiriləcək prezident seçkiləri öncəsi transfer gündəmi diqqət mərkəzinə düşüb.
Teleqraf xəbər verir ki, klub prezidentliyinə namizəd olan Hakan Safi və Aziz Yıldırımın əsas transfer hədəfi Fransanın "Marsel" klubunda çıxış edən Meyson Qrinvuddur.
İstanbul təmsilçisi ingilis hücumçunun transfer imkanlarını araşdırır. Bildirilir ki, Qrinvudun "Marsel"lə müqaviləsinin daha üç il qüvvədə olmasına baxmayaraq, Fransa klubu uyğun təklif gələcəyi təqdirdə futbolçunun satışına açıqdır.
Xatırladaq ki, 23 yaşlı hücumçu ötən mövsüm "Marsel"in heyətində məhsuldar çıxışı ilə diqqət çəkib.