BAKI, 2 iyun. TELEQRAF
2018-ci il dünya çempionu, Fransanın tanınmış hücumçusu Olivye Jiru “Lill” klubu ilə müqaviləsini uzatmağa yaxındır.
Teleqraf “Lequipe”yə istinadən xəbər verir ki, sentyabr ayında 40 yaşı tamam olacaq futbolçu ilə klub arasında danışıqlar son həftələrdə intensiv şəkildə davam edib.
Tərəflər daha bir mövsümlük yeni sözləşmə barədə razılığa gəlməyə yaxındır.
Qeyd edək ki, geridə qalan mövsümdə “Lill” Liqa 1-də 3-cü yeri tutaraq Çempionlar Liqasına vəsiqə qazanıb. Olivye Jiru bütün turnirlərdə 44 oyunda meydana çıxıb, 11 qol vurub və 1 məhsuldar ötürmə ilə yadda qalıb.