BAKI, 2 iyun. TELEQRAF

Türkiyə Futbol Federasiyası 2026-cı il Dünya Kuboku üçün milli komandanın yekun 26 nəfərlik heyətini açıqlayıb.

Teleqraf xəbər verir ki, baş məşqçi Vinçentso Montella komandanın mundialda iştirak edəcək futbolçularının siyahısını müəyyənləşdirib.

İlkin geniş heyətdə yer alan bir neçə futbolçu yekun siyahıya düşə bilməyib. Ersin Destanoğlu, Muhammed Şengezer, Ahmetcan Kaplan, Yusuf Akçiçek, Mustafa Eskihellaç, Atakan Karazor, Demir Ege Tıknaz, Aral Şimşir və Yusuf Sarı Dünya Kuboku üçün açıqlanan yekun heyətdən kənarda qalıblar.

Qapıçılar: Altay Bayındır, Mert Günok və Uğurcan Çakır yer alıblar.

Müdafiəçilər: Abdülkerim Bardakcı, Çağlar Söyüncü, Eren Elmalı, Ferdi Kadıoğlu, Merih Demiral, Mert Müldür, Ozan Kabak, Səməd Akaydın və Zeki Çelikə şans verilib.

Yarımmüdafiəçilər: Hakan Çalhanoğlu, İsmail Yüksek, Kaan Ayhan, Orkun Kökçü və Salih Özcan çıxış edəcəklər.

Hücumçular: Arda Gülər, Barış Alper Yılmaz, Can Uzun, Dəniz Gül, İrfan Can Kahveci, Kənan Yıldız, Kerem Aktürkoğlu, Oğuz Aydın və Yunus Akgün yer alıblar.

Qeyd edək ki, 2026-cı il Dünya Kuboku 11 iyun - 19 iyul tarixlərində keçiriləcək.