BAKI, 1 iyun. TELEQRAF

Almaniyanın “Ştutqart” klubu aparıcı futbolçularından biri olan Deniz Undavın müqaviləsini yenilədiyini açıqlayıb.

Teleqraf xəbər verir ki, 28 yaşlı hücumçu ilə yeni sözləşmə 2029-cu ilin iyun ayınadək uzadılıb.

Futbolçu Almaniya millisinin heyətində dünya çempionatına qatılacaq.

Qeyd edək ki, Undav ötən mövsüm 46 oyunda 25 qol vurub və 14 məhsuldar ötürmə edib.