BAKI, 1 iyun. TELEQRAF

"Qəbələ" 3 futbolçusu ilə yollarını ayırıb.

Teleqraf xəbər verir ki, bu barədə bölgə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Klubun İbrahim Sanqare və Rüfət Əhmədovla müqavilə müddəti başa çatıb.Həmçinin CAR-ın “Stellenboş” klubundan icarəyə götürülmüş Turan Manafovun icarə müaviləsi bitib.