BAKI, 1 iyun. TELEQRAF

Futbol üzrə Uruqvay millisinin 2026-cı il dünya çempionatı üçün yekun heyəti bəlli olub.

Teleqraf xəbər verir ki, yığmanın baş məşqçisi Marselo Byelsa mundiala aparılacaq 26 futbolçunun adını açıqlayıb.

Qapıçılar: Fernando Muslera ("Estudiantes", Argentina), Serxio Roşet ("İnternasional", Braziliya), Santyaqo Melye ("Monterrey", Meksika).

Müdafiəçilər: Gilyermo Varela ("Flamenqo", Braziliya), Ronald Arauxo ("Barselona", İspaniya), Xose Mariya Ximenes ("Atletiko Madrid", İspaniya), Santyaqo Bueno ("Vulverhempton", İngiltərə), Sebastyan Kaseres ("Amerika", Meksika), Matias Oliveyra ("Napoli", İtaliya), Xoakin Pikyeres ("Palmeyras", Braziliya), Matias Vinya ("River Pleyt", Argentina).

Yarımmüdafiəçilər: Manuel Uqarte ("Mançester Yunayted", İngiltərə), Emiliano Martines ("Palmeyras", Braziliya), Rodriqo Bentankur ("Tottenhem", İngiltərə), Federiko Valverde ("Real Madrid", İspaniya), Aqustin Kanobbio ("Fluminense", Braziliya), Xuan Manuel Sanabriya ("Atletiko San Luis", Meksika), Corcian De Arraskaeta ("Flamenqo", Braziliya), Nikolas De La Krus ("Flamenqo", Braziliya), Rodriqo Salasar ("Braqa", Portuqaliya), Fakundo Pellyistri ("Panatinaikos", Yunanıstan), Maksimiliano Arauxo ("Sportinq", Portuqaliya), Brayan Rodriges ("Amerika", Meksika).

Hücumçular: Federiko Vinyas ("Ovyedo", İspaniya), Rodriqo Aqirre ("Amerika", Meksika), Darvin Nunyes ("Əl-Hilal", Səudiyyə Ərəbistanı).

Qeyd edək ki, Uruqvay millisi dünya çempionatının H qrupunda İspaniya, Səudiyyə Ərəbistanı və Kabo-Verde yığmaları ilə mübarizə aparacaq. Mundial iyunun 11-dən iyulun 19-dək ABŞ, Kanada və Meksikada keçiriləcək.