BAKI, 1 iyun. TELEQRAF

2026-cı il dünya çempionatının D qrupunda Türkiyə millisinin rəqiblərindən olan Avstraliya yığması ilkin heyətini açıqlayıb.

Teleqraf xəbər verir ki, bu barədə Avstraliya Futbol Federasiyası məlumat yayıb.

Baş məşqçi Toni Popoviç mundial üçün 26 futbolçuya dəvət göndərib.

Qapıçılar: Patrik Biç ("Melburn Siti"), Pol İzzo ("Randers"), Metyu Rayan ("Levante").

Müdafiəçilər: Aziz Behiç ("Melburn Siti"), Cordan Bos ("Feyenoord"), Kameron Börcess ("Suonsi Siti"), Alessandro Çirkati ("Parma"), Miloş Deqenek (APOEL), Ceyson Geriya ("Albireks Niqata"), Lukas Herrinqton ("Kolorado Rapids"), Ceykob İtaliano ("Qrayzer"), Harri Souttar ("Lester Siti"), Kay Trevin ("Nyu-York Siti").

Yarımmüdafiəçilər: Kameron Devlin ("Harts"), Aydin Hrustiç ("Herakles"), Cekson İrvayn ("Sent Pauli"), Konnor Metkalf ("Sent Pauli"), Pol Okon-Enqstler ("Sidney"), Ayden Onil ("Nyu-York Siti").

Hücumçular: Nestori İrankunda ("Uotford"), Metyu Leki ("Melburn Siti"), Auer Mabil ("Kastelyon"), Məhəmməd Ture ("Norviç Siti"), Nişan Velupillay ("Melburn Viktori"), Kristian Volpato ("Sassuolo"), Tete Yengi ("Maçida Zelviya").

Qeyd edək ki, Türkiyə və Avstraliya milliləri iyunun 14-də üz-üzə gələcəklər.