BAKI, 1 iyun. TELEQRAF
Cənubi Afrika Futbol Assosiasiyası ölkə millisinin 2026-cı il dünya çempionatında iştirak etmək üçün Meksikaya planlaşdırılan vaxtda yola düşə bilmədiyini açıqlayıb.
Teleqraf xəbər verir ki, buna səbəb bəzi futbolçular və rəsmi şəxslərlə bağlı yaranmış viza problemləri olub.
Assosiasiyanın yaydığı məlumata görə, komanda Şimali Amerikaya əvvəlcədən nəzərdə tutulduğu kimi səfər edə bilməyib. Hazırda SAFA nümayəndə heyətinin mümkün qədər tez Meksikaya göndərilməsi üçün gecə-gündüz çalışır.
Məsələ həllini tapana qədər Cənubi Afrika millisi hazırlıqlarını Yohannesburqda davam etdirəcək.
Qeyd edək ki, 2026-cı il dünya çempionatı iyunun 11-dən iyulun 19-dək ABŞ, Meksika və Kanadada keçiriləcək. Cənubi Afrika millisi qrup mərhələsində Meksika, Çexiya və Cənubi Koreya yığmaları ilə qarşılaşacaq.